(Bu məqalə 2024-cü ildən əvvəl qüvvədə olmuş qanuna əsaslanır) Son günlərdə müzakirələr səbəb olan bu 3 məsələyə görə Dövlət satınalmaları haqqında qanunun və (ən yaxşı) praktikanın tələblərini ümumiləşdirib şərh etmək qərarına gəldim. Hər üç məsələ fərqli mövzu olsa da əslində eyni nəticəyə xidmət edir. Əvvəla onu qeyd edək ki, tender daha böyük və daha mürəkkəb olduğundan bu proseslər daha çox nəzərə çarpır lakin bu proseslər bütün satınalmalar üçün eyni əhəmiyyət daşıyır.