Təlimçilərimizlə tanış olun

Elçin Ərbəşiyev
Dövlət Dəniz və Liman Agentliyində Satınalma və Təchizat Departamentinin direktoru vəzifəsində çalışaraq, qurumun maddi-texniki təminatı ilə bağlı müxtəlif istiqamətlərdə satınalmaların həyata keçirilməsi və bu proseslərin icrasına nəzarəti uğurla idarə etmişdir. Həmçinin satınalma və təchizat sahəsində prosedurların hazırlanması və təkmilləşdirilməsi istiqamətində mühüm töhfələr vermiş, dövlət satınalmalarının idarə olunmasında effektiv və sistemli yanaşma formalaşdırmışdır. Hazırda satınalma və təchizat sahəsində həm nəzəri, həm də praktik biliklərini paylaşmaqla bu sahədə çalışan mütəxəssislərin inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.
8 ildən çox təcrübəsi var.

Yusif Yusifli
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda dövlət vəsaiti, investisiya fondları, Dünya Bankı və Asiya İnkişaf Bankından alınan vəsait üzrə qəsəbələrin tikintisi, evlərin və iri həcmli yolların tikintisi, bütün kommunal- kommunikasiya tipli tikinti işləri, İT avadanlıqların alınması və onlara xidmət göstərilməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi və orada onlara təbliğat-təşkilat xidmətlərinin görülməsi, qurumun balansında olan tikililərin əsaslı və cari təmiri işləri, müxtəlif tipli malların alınması, dövrü tələbatların ödənilməsi kimi, dəyəri 1 milyard manata yaxın satınalmaların təşkili və yekunlaşdırılmasını uğurla həyata keçirib və müvafiq müqavilələr bağlayıb.
8 ildən çox təcrübəsi var.
Tədris etdiyi təlimlər
-
Tenderlərdə iştirak bacarıqları (Yusif A. ilə birlikdə)

Yusif Axundov
Xarici və yerli tenderlərdə iştirak ilə bağlı fəaliyyətə 2013-cü ildə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də başlayıb və mütəmadi olaraq Türkiyə, Albaniya, Moldova, Gürcüstan, Hindistan, Qazaxstan və Özbəkistanda keçirilən satınalmalarda aktiv iştirak edib. Bundan əlavə “Körpü Tunel Tikinti” MMC, "Construction Business Group" MMC kimi tikinti sahəsində aktiv olan şirkətlərdə çalışaraq satınalma, sifarişlərin təşkili, nəzarəti və çatdırılması, sifariş sisteminin mərkəzləşdirilməsi, anbar işinin təşkili, mal-materialların və digər tələblərin vaxtında və keyfiyyətli təmininin asanlaşdırılması, sadələşdirilməsi sahəsində peşəkar təcrübəyə yiyələnmişdir. Hal-hazırda İT sahəsində ölkənin ən qabaqcıl şirkətlərindən biri olan "Caspel" MMC-də aparıcı tender mütəxəssisi vəzifəsində çalışıb. Hal-hazırda "Sea Breeze Resort" şirkətində tender eksperti olaraq fəaliyyət göstərir.

Azər Musalı
“Azərlotereya” ASC, “PMD Projects” MMC, BP subkontraktoru olan “Fire Safety Services Azerbaijan” və BP gəmilərinə xidmət göstərmiş “Fire Safety Caspian Azerbaijan” şirkətlərində çalışaraq iri həcmli tikinti və təhlükəsizlik layihələrinin təminatında iştirak etmişdir. Qarabağda bir neçə önəmli tikinti layihəsinin satınalma paketlərini, Hilton Garden Inn və Sarabski Plaza kimi mühüm layihələrdə isə bir çox böyükməbləğli satınalma paketlərini idarə etmiş, həmçinin İT və marketinq sahəsində uğurlu satınalmalar həyata keçirmişdir. Hazırda “Demirören Şans Oyunları Yatırımları A.Ş.”-nin törəmə müəssisəsi olan “YMT Sans B.V.” tərəfindən idarə edilən "Azərlotereya" ASC-də satınalma üzrə nəzarətçi vəzifəsində çalışır.
Satınalma sahəsində 10 ildən artıq təcrübəyə malikdir.

Nigar Qurbanova
İxtisasca hüquqşünas olaraq peşəkar fəaliyyətinə Dövlət Sosial Müdafiə Fondunda başlamış , burada hüquqi sənədlərlə iş və hüquqi ekspertiza sahəsində təcrübə qazanmışdır. Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində fəaliyyətini davam etdirərək , satınalma qanunvericiliyinin praktiki tətbiqi və icrasına nəzarət sahəsində ixtisaslaşmışdır. O, qanunun ən aktiv işlədiyi istiqamətlərdə – təchizatçı şikayətlərinin araşdırılması, mübahisələrin həlli və etibarsız təchizatçıların reyestri ilə bağlı məsələlərin tənzimlənməsində birbaşa iştirak etmişdir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankında aparıcı hüquq məsləhətçisi vəzifəsində çalışır.
6 ilə yaxın peşəkar iş təcrübəsi var.
