top of page

Dövlət satınalmaları prosedurlarının
praktiki tətbiqi

"Satınalma planından müqaviləyədək"

​Satınalan təşkilatlarda dövlət satınalmaları qanunvericiliyinə uyğun satınalmanı təşkil etmə bacarıqlarını inkişaf etdirmək istəyənlər və ya bu sahədə təcrübəsi az olanlar üçün dövlət satınalmaları qanunvericiliyinin ən çox tətbiq edilən prosedurlarının və tələblərinin müxtəlif ssenarilər üzrə real nümunələr və praktiki əsasında izahı, qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət (inzibati xətalar və cinayət məcəlləsi) tədbirləri barədə məlumatın verilməsi. Bu mərhələdə nəzəriyyə deyil, birbaşa "iş masası" üzərindəki sənədlər danışır.

  • ​​Kimlər üçün nəzərdə tutulub

    • "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi ​4000-dən artıq satınalan təşkilatda çalışan şəxslər

    • ⚠️ Bu təlimdə iştirak üçün dövlət satınalmaları qanunvericiliyi üzrə baza bilikləri tələb olunur. Əgər bu bilikləriniz yoxdursa Dövlət satınalmaları qanunun maddə-maddə izahı təlimində iştirak etdikdən sonra bu təlimə qoşulmağınız tövsiyə olunur

  • Nələr öyrədilir

    • Nazirlər Kabinetinin müvafiq qərarlarını (məsələn, NK-503 və NK-502) rəhbər tutaraq şərtlər toplusunu və müqavilə layihəsini hazırlamaq.

    • Bazar araşdırması sənədlərini və ehtimal olunan qiymət cədvəlini qanuna uyğun tərtib etmək.

    • Təchizatçıların uyğunluq sənədlərini real keyslər üzərində qiymətləndirmək.

    • 🌐 etender.gov.az - dövlət satınalmalarının vahid internet portalından praktiki istifadə üçün Satınalanlar üçün etender satınalma portalından praktiki istifadə Udemy kursuna qoşulmağınız tövsiyə olunur

  • Təlim materialı

    • Təlimin əvvəlində təlim təqdimatını hər slaydının ümumiləşdirilmiş məlumatlarının və iştirakçı üçün qeyd yerləri olan material əyani iştirakçılar üçün çap edilərək və PDF formatında, onlayn iştirakçılar üçün sadəcə PDF formatında təqdim edilir. 

    • Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.

  • Təlim formatı

    • Əyani

    • Paraleldə onlayn

    • Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.

  • Təlimçi kimdir

    • dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübəsi olan, dəyəri yüz minlərlə olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Elçin Ərbəşiyev

  • Təlimin keçirilmə müddəti və vaxtları

    • 16 saat

    • I sessiya: 02, 04, 11, 13, 16, 18, 31 mart və 02 aprel (19:00 - 21:00)

  • İştirak haqqı

    • ƏYANİ: 400 AZN

    • ONLAYN: 300 AZN

    • Korporativ: Müqavilə ilə ödəniş üçün əlaqə saxlayın

🛒 Onlayn ödə

  • Sertifikatlaşdırma və imtahan: Təlimin sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən təqdim edilən sertifikatlar:

    • Fərqlənmə sertifikatı: 75 - 100 bal toplayanlara;

    • Tamamlama sertifikatı: 60 - 74 bal toplayanlara;

    • İştirak sertifikatı: 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə.

Proqram

  • Dərs 1. Satınalma tələbatının planlaşdırılması və daxili sifarişlərin idarə olunması. Bu dərsdə təşkilatın struktur bölmələrindən gələn tələbatların toplanması, illik satınalma planının real büdcə limitləri daxilində hazırlanması və daxili sifarişçi ilə işin effektiv qurulması praktiki nümunələrlə izah edilir.

  • Dərs 2. Satınalma metodlarının seçilməsi və Nazirlər Kabinetinin 503 saylı qərarı üzrə şərtlər toplusunun tərtibi. İştirakçılar satınalma predmetinin növünə uyğun olaraq ən effektiv metodun seçilməsini və Nazirlər Kabinetinin nümunəvi formaları əsasında şərtlər toplusunun ilkin hissəsinin hazırlanmasını öyrənirlər.

  • Dərs 3. Texniki spesifikasiyaların hazırlanması və qiymətləndirmə meyarlarının təyin edilməsi. Dərs zamanı rəqabəti məhdudlaşdırmayan obyektiv texniki tapşırıqların hazırlanması və Nazirlər Kabinetinin 494 saylı qərarına uyğun olaraq təchizatçılara qoyulan maliyyə və peşəkarlıq meyarlarının düzgün seçilməsi tədris olunur.

  • Dərs 4. Bazar araşdırmasının aparılması və ehtimal olunan qiymətin hesablanması. Bu mərhələdə təchizatçılardan sorğu vərəqələri vasitəsilə qiymət təkliflərinin alınması, bazar qiymətlərinin analizi və ehtimal olunan qiymət cədvəlinin qanunvericiliyin tələblərinə uyğun hesablanması qaydası göstərilir.

  • Dərs 5. Nazirlər Kabinetinin 502 saylı qərarı üzrə nümunəvi müqavilə layihələrinin hazırlanması və hüquqi şərtlər. İştirakçılar satınalma predmetinə uyğun olan nümunəvi müqavilə formalarını seçməyi, orada ödəmə, cərimə və çatdırılma şərtlərini predmetin xüsusiyyətlərinə görə adaptasiya etməyi mənimsəyirlər.

  • Dərs 6. Təchizatçıların uyğunluq sənədlərinin praktiki yoxlanılması və kənarlaşdırma əsasları. Bu dərsdə təchizatçılar tərəfindən təqdim olunan vergi, sosial, maliyyə və təcrübə sənədlərinin həqiqiliyinin yoxlanılması, xırda çatışmazlıqların aradan qaldırılması və qanunvericiliyə uyğun kənarlaşdırma hallarının müəyyən edilməsi izah edilir.

  • Dərs 7. Təkliflərin qiymətləndirilməsi, riyazi səhvlərin yoxlanılması və güzəştlərin tətbiqi. Dərs zamanı qiymət təkliflərindəki hesab səhvlərinin tapılması, yerli mənşəli mallar üçün 20 faizə qədər güzəştli düzəlişin tətbiqi və ən səmərəli təklifin müəyyən edilməsi ssenarilər üzrə göstərilir.

  • Dərs 8. Satınalma nəticələrinin rəsmiləşdirilməsi və yekun protokolun hazırlanması. Son dərsdə satınalma komissiyasının qərarvermə mexanizmi, Nazirlər Kabinetinin 499 saylı qərarı üzrə yekun protokolun tərtib edilməsi və gözləmə müddətinin tətbiqi prosedurları tamamlanır.

Qeydiyyat

Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)​​

 

Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır: 

  • təlimin başlamasına 5 gün qalmışa qədər müraciət edildikdə - 100% - tam

  • təlim başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə

  • tədbir başladıqdan sonra  - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər

  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page