Növbəti, "Dövlət satınalmaları prosedurlarının praktiki tətbiqi" təlimi 20 oktyabrda başlayır!

Mövcud xidmətlərimiz
Təchizatçılar üçün tenderlərdə iştiraka dəstək
-
Dövlət, özəl və ya beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) keçirdiyi tenderlər üçün təklif paketinin hazırlanması.
-
Mənşə rəyi alınmaqla satınalmalarda 20%-dək yerli güzəştin təmin edilməsi.
-
Təchizatçı reyestrində qeydiyyatdan keçən şirkətlərə maraq dairələrinə uyğun tenderlər barədə bildirişlərin ÖDƏNİŞSİZ göndərilməsi
Satınalma prosedurlarının təşkil edilməsi
-
Şərtlər toplusunun dövlət satınalmaları qanunvericiliyinə uyğun hazırlanması, elanın verilməsi, qiymətləndirmə, tenderin yekunlaşdırılması və satınalma müqaviləsinin bağlanması
-
Hazırlanmış şərtlər toplusunun dövlət satınalmaları qanunvericiliyinə uyğunluğunun yoxlanılması.
Daxili satınalma prosedurlarının hazırlanması
-
Satınalan təşkilat üçün daxili satınalma qaydalarının (prosedurlarının) sıfırdan yazılması və təqdimatı.
-
Satınalan təşkilatın daxili satınalma qaydalarında (prosedurlarında) çatışmazlıqların təhlili, aşkarlanmış boşluqlar və təkmilləşdirmə üçün təkliflərə dair hesabatın hazırlanması və təqdimatın edilməsi.
Satınalma üzrə kadrların işə qəbul prosesinə dəstək
-
Satınalma üzrə işə qəbulda vəzifə tələblərinin formalaşdırılması, namizədlərin imtahan və müsahibə ilə obyektiv qiymətləndirilməsi və səriştə hesabatının təqdim edilməsi.
-
İşə qəbul olunmuş mütəxəssisin müəyyən müddət adaptasiya mentorluğunun təşkili.
Satınalma əməliyyatlarının auditi
-
Satınalan təşkilatın yekunlaşdırdığı satınalma əməliyyatlarının (proseslərinin) auditi, çatışmazlıqlara dair hesabatın hazırlanması və təqdimatın edilməsi.
-
Yekunlaşmış tenderə, o cümlədən şərtlər toplusuna, qiymətləndirmənin nəticəsinə və nəzarət orqanının qərarına dair ekspert rəyinin verilməsi.
Vaxt əsaslı canlı məsləhət üçün görüşlərin keçirilməsi
-
Dövlət satınalmaları qanunvericiliyi, həmçinin satınalmaların təşkili barədə həm satınalan təşkilatların (dövlət və özəl), həm təchizatçıların nümayəndələri üçün razılaşdırılmış müddətlərdə ehtiyaca uyğun fərdi konsultasiya (məsləhət) sessiyalarının təşkil edilməsi
