top of page

Satınalma prosesləri A-dan Z-yə

Satınalma zəncirinin tam mənzərəsi — 5 peşəkar, 4 modul, tək proqramda

​​​​🕐 24 saat (12 dərs)  |  💰 340 AZN-dən  |  🎓 Hibrid (Əyani + Online)

🌟 BU TƏLİM NIYƏ FƏRQLİDİR?

  • ✅ 4 modul, hər biri öz sahəsinin peşəkarı tərəfindən

  • ✅ 3 fərqli baxış bucağı: satınalan, təchizatçı, nəzarət orqanı

  • ✅ Nazirlər Kabinetinin bütün əsas qərarları (NK-503, 502, 494, 499)

  • ✅ Real "iş masası" sənədləri — nəzəriyyə yox, praktika

 

Dövlət, özəl və beynəlxalq satınalmalarda fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün satınalma prosesinin bütün mərhələlərini — qanunvericilik bazasından müqavilənin tamamlanmasına qədər — vahid proqramda əhatə edən kompleks təlim kursu. Eyni prosesi üç fərqli baxış bucağından — satınalan təşkilat, təchizatçı və nəzarət orqanı — görməyə imkan verən bu format Azərbaycanda analoqu olmayan bir təklifdir.

🎯 Bu təlim kimlər üçündür?

Bu kompleks təlim aşağıdakılar üçün hazırlanıb:

  • 🏛 Satınalan təşkilatlarda satınalma prosedurlarını təşkil edən və ya bu sahəyə keçmək istəyən mütəxəssislər — mövcud biliklərinizi vahid sistem halına salmaq istəyirsinizsə

  • 📦 Tender təklifləri hazırlayan təchizatçı şirkətlərin nümayəndələri — satış mütəxəssisləri, biznesin inkişafı üzrə menecerlər, tender menecerləri

  • ⚖️ Satınalma komissiyasında təmsil olunan qərarverici şəxslər — komissiya üzvləri və idarəedici rəhbərlər

  • 🏢 Özəl şirkətlərdə satınalma və ya təchizat funksiyasını yerinə yetirən əməkdaşlar

  • 🎓 Satınalma sahəsində karyeraya başlamaq istəyən yeni məzunlar və karyera dəyişdirənlər

💡 Hansı qrupa daxil olduğunuzdan asılı olmayaraq, bu təlim sizə satınalma zəncirinin "qarşı tərəfinin" necə düşündüyünü göstərəcək — bu, gündəlik işinizdə əhəmiyyətli üstünlükdür.

🎓 Bu təlimi bitirdikdə nə bacaracaqsınız?

Bu 24 saatlıq kompleks təlimdən sonra:

  • ✅ MODUL 1 — HÜQUQİ ƏMİNLİK

    • Qanunun istənilən maddəsini real situasiyaya tətbiq edə biləcəksiniz

    • NK-503, 502, 494 və 499 əsasında düzgün sənədləşmə apara biləcəksiniz

    • Şərtlər toplusu, müqavilə layihəsi və yekun protokolu sıfırdan hazırlaya biləcəksiniz

  • ✅ MODUL 2 — ÖZƏL SEKTOR PERSPEKTİVİ

    • Dövlət və özəl satınalmanın fərqlərini sistemli izah edə biləcəksiniz

    • CIPS metodologiyasına uyğun P2P prosesini öz şirkətinizdə qura biləcəksiniz

  • ✅ MODUL 3 — TƏCHİZATÇI ÜSTÜNLÜYÜ

    • Tender paketini "qalib təklif" perspektivindən hazırlaya biləcəksiniz

    • Beynəlxalq tenderlərə (ADB, Dünya Bankı, AİBB) təklif verə biləcəksiniz

    • etender.gov.az portalını peşəkar səviyyədə idarə edə biləcəksiniz

  • ✅ MODUL 4 — RİSK İDARƏÇİLİYİ

    • Komissiya iclaslarında qanuni və hüquqi mövqe formalaşdıra biləcəksiniz

    • Şikayətlərə qarşı sənədli müdafiə qura biləcəksiniz

    • Hesablama Palatası yoxlamalarına hazır olacaqsınız

    • Müqavilə icrasında yaranan problemləri (fors-major, dəyişikliklər) düzgün rəsmiləşdirə biləcəksiniz

👨‍🏫 Sizi kim hazırlayacaq?

​Bu təlim iki peşəkar mütəxəssis tərəfindən aparılır:

  • Elçin Ərbəşiyev (10 saat — Modul 1): Dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübəsi olan peşəkar mütəxəssis. Qanunvericilik bazası, sənədləşmə və prosedurlar üzrə ixtisaslaşıb.

  • Yusif Yusifli (6 saat — Modul 4): Dövlət satınalması sahəsində 10 ildən çox təcrübəsi olan, dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis. Komissiya idarəçiliyi, müqavilə menecmenti və risklər üzrə ixtisaslaşıb.

  • Yusif Axundov (4 saat — Modul 3): Tender təkliflərinin hazırlanması sahəsində 15 ildən çox təcrübəsi olan, dəyəri milyonlarla ölçülən müsabiqələrdə şirkətlərin qalib olmasında böyük rolu olan peşəkar mütəxəssis.

  • Azər Musalı (2 saat — Modul 2): Nüfuzlu özəl təşkilatlarda 10 ildən artıq təcrübəsi olan, böyükməbləğli onlarla satınalma paketlərini idarə etmiş peşəkar mütəxəssis. Özəl sektor və təchizat zənciri üzrə ixtisaslaşıb.

  • Fəridə Hacıhəsənli (2 saat — Modul 4): Nəzarət orqanının nümayəndəsi. Şikayətlərə baxılması və nəzarət mexanizmləri üzrə ixtisaslaşıb.

💻 Necə keçirilir və nə alacaqsınız?

  • 📍 FORMAT: Hibrid təlim — eyni vaxtda həm əyani (Bakı, Worklab Coworking Center), həm onlayn (Google Meet) keçirilir. Qeydiyyat zamanı seçim edirsiniz.

  • 🎥 VİDEO QEYDLƏR: Bütün dərslər video qeydiyyata alınır. İştirak edə bilmədiyiniz istənilən 2 dərsin videosuna sonradan keçid təqdim edilir.

  • 📚 TƏLİM MATERİALI: Təlimin əvvəlində bütün qanunvericiliyin yer aldığı toplu (elektron formatda) və izahlı təlim materialı təqdim edilir. Əyani iştirakçılar materialı çap olunmuş formatda da alırlar.

  • 💬 ÖDƏNİŞSİZ DƏSTƏK: Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları xüsusi Telegram kanalında ödənişsiz cavablandırılır.

  • 📍 KEÇİRİLMƏ YERİ: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)

🏆 Sertifikat necə əldə olunur?

Təlim sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən aşağıdakı sertifikatlardan biri təqdim edilir:

  • 🥇 Fərqlənmə sertifikatı — 75-100 bal

  • 🥈 Tamamlama sertifikatı — 60-74 bal

  • 🥉 İştirak sertifikatı — 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə

Bu sertifikat həm CV və LinkedIn profilinizdə bir nailiyyət kimi göstərilə bilər, həm də gələcək tender komissiyalarında və ya audit yoxlamalarında ixtisasınızın sübutu kimi tanınır.

📅 Növbəti təlim nə vaxtdır?

  • 🕐 ÜMUMİ MÜDDƏT: 24 saat (12 dərs x 2 saat) 

  • 📅 Bu təlim müraciət əsasında təşkil edilir: 5 fərqli ekspertin cədvəlini eyni proqramda birləşdirmək üçün bu yanaşma daha düzgündür — beləliklə hər qrupun keyfiyyətli və ciddi  iştirakçılarla başlamasını təmin edirik.

    • 1️⃣  Marağı bildirin (1 dəqiqə)

    • 2️⃣  Qrup tamamlandıqda sizə tarixi və cədvəli email ilə təklif edirik

    • 3️⃣  Qoşulmaq qərarı sizdə qalır

  • 📊 CARI MARAQ SƏVİYYƏSİ: ●●○○○○○○ (2/8)*

  • ⏱ TƏXMİNİ AÇILIŞ VAXTI: 6-10 həftə ərzində

  • 🕐 PLANLAŞDIRILAN VAXT ARALIQLARI: 12 dərs üçün ən optimal cədvəl haftada 2-3 dərs olmaqla 5-6 həftə ərzində tamamlanır. Konkret günlər və saatlar qrupun çoxluq seçiminə görə müəyyən edilir.

  • * Maraq sayı 3-dən az olduqda statistika göstərilmir

💰 İştirak haqqı və endirimlər

  • 🏛 ƏYANİ: 500 AZN

  • 💻 ONLAYN: 380 AZN

  • 💡 ERKƏN MÜRACİƏT ENDİRİMİ: Qrup tamamlanmadan əvvəl marağı bildirib, tarix elan ediləndə dərhal qeydiyyatdan keçən iştirakçılara 10% endirim tətbiq olunur.

  • 🏢 KORPORATİV İŞTİRAK: Müqavilə ilə ödəniş üçün əlaqə saxlayın

  • 🛒 Onlayn ödə (korporativ ödəniş şərtləri tətbiq edilir)

BU TƏLİM SƏNƏ UYĞUNDUR?

Tarix elan olunanda xəbər edin

Növbəti qrup açılanda ilk siz biləcəksiniz.

✓ Pulsuzdur

✓ 1 dəqiqə vaxt aparır.

💳 Ödəniş və imtina şərtləri

  • Erkən imtina: Təlimə 5 təqvim günü və ya daha çox qalmışsa imtina edilirsə ödədiyiniz məbləğin 75%-i geri qaytarılır. Qalan 25% rezervasiya haqqıdır (yer tutulması, materialların hazırlanması, təlimçinin cədvəlinin bağlanması üçün).

  • Gec imtina: Təlimə 5 təqvim günündən az qalmış və ya təlim başladıqdan sonra imtina edilirsə ödəniş geri qaytarılmır. Lakin tam məbləğ növbəti təliminizə kredit kimi qalır — 1 il ərzində istifadə edə bilərsiniz.

    • Əgər ilk 2 dərsdə təlimin keyfiyyəti ilə bağlı əsaslandırılmış yazılı iradınız olarsa, yalnız keçirilmiş 2 dərsin dəyərini ödəyib müqaviləni dayandıra bilərsiniz.

📞 Sualınız var?

Proqram

MODUL 1 — Hüquqi baza və satınalma hazırlığı
  • Dərs 1. Satınalma sisteminə giriş və hüquqi baza. Satınalma anlayışı, əsas terminlər və prinsiplər, Qanunun tətbiq dairəsi, satınalan təşkilatların təsnifatı və satınalma prosesinin əsas mərhələləri.

  • Dərs 2. Satınalma planı və ehtimal olunan qiymətin hesablanması. İllik satınalma planının hazırlanması, bazar araşdırmasının aparılması və ehtimal olunan qiymət cədvəlinin qanunvericiliyə uyğun tərtib edilməsi.

  • Dərs 3. Satınalma metodları və şərtlər toplusunun tərtibi. Açıq/qapalı tender, kotirovka, bir mənbə, çərçivə sazişi metodlarının seçilməsi, NK-503 əsasında şərtlər toplusunun və NK-494 üzrə ixtisas meyarlarının hazırlanması.

  • Dərs 4. Təkliflərin qiymətləndirilməsi və satınalma güzəştləri. Uyğunluq sənədlərinin yoxlanılması, riyazi səhvlərin aşkarlanması, yerli mallara güzəştin tətbiqi və ən səmərəli təklifin müəyyən edilməsi.

  • Dərs 5. Müqavilənin hazırlanması və rəsmiləşdirilməsi. NK-502 üzrə nümunəvi müqavilə formalarının seçilməsi, ödəniş şərtlərinin formalaşdırılması, icra təminatı və müqavilənin qüvvəyə minməsi.

MODUL 2 — Özəl sektorda satınalma
  • Dərs 6. Özəl sektorda satınalma: prinsiplər və proseslər. Dövlət və özəl satınalmanın fərqləri, CIPS metodologiyasına əsaslanan satınalma dövrü (P2P), təchizatçı seçimi meyarları və daxili qaydaların formalaşdırılması.

MODUL 3 — Təchizatçı perspektivi və beynəlxalq bazarlar
  • Dərs 7. Tenderdə iştirak: təchizatçının perspektivi. Elanların axtarışı, go/no-go qərar prosesi, tender paketinin hazırlanması, təminat formaları, konsorsium və subpodrat münasibətləri.

  • Dərs 8. Beynəlxalq satınalmalar və elektron platformalar. ADB, Dünya Bankı, AİBB satınalma təlimatları, beynəlxalq tenderlərə təklif hazırlanması və etender.gov.az portalından praktiki istifadə.

 

MODUL 4 — Komissiya, risklər və müqavilə menecmenti
  • Dərs 9. Satınalma komissiyası: səlahiyyət, risklər və qərarlar. Komissiyanın formalaşdırılması, maraqlar toqquşması, NK-499 üzrə yekun protokol, satınalmanın ləğvi və saxtakarlıq əlamətləri.

  • Dərs 10. Şikayətlərin idarə olunması və hüquqi məsuliyyət. Gözləmə müddəti, şikayət prosedurları, Antiinhisar orqanına müraciət, satınalmanın dayandırılması və inzibati/cinayət məsuliyyəti. (Yusif Yusifli + nəzarət orqanı nümayəndəsi Fəridə Hacıhəsənli)

  • Dərs 11. Müqavilənin icrası və əməliyyat menecmenti. Texniki uyğunluğun yoxlanılması, ödəniş mexanizmləri, Mülki Məcəllənin 422-ci maddəsi üzrə dəyişikliklər, fors-major hallar.

  • Dərs 12. Auditə hazırlıq, mübahisələr və performans. Hesablama Palatası yoxlamalarına hazırlıq, mübahisələrin məhkəmədənkənar həlli, yekun təhvil-təslim və satınalma sənədlərinin arxivləşdirilməsi.

  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page