Növbəti, "Dövlət satınalmaları qanununun maddə-maddə izahı" təlimi 28 sentyabrda başlayır!
Dövlət satınalmaları qanununun
maddə-maddə izahı
"Hüquqi təməl: Qanunun mahiyyətini və fəlsəfəsini mənimsəyin"
🕐 15 saat | 💰 260 AZN-dən | 🎓 Hibrid (Əyani + Online)
Bu təlim dövlət satınalmaları sahəsində fəaliyyət göstərmək istəyən, lakin qanunvericilik mətnlərini müstəqil dərindən anlamaqda çətinlik çəkənlər üçün hazırlanıb. Qanunun hər bir maddəsi hüquqi və praktiki baxımdan şərh edilir — bu, iştirakçılara prosedurları deyil, qanunun fəlsəfəsini, mahiyyətini və hüquqi incəliklərini tam öyrənməyə imkan verir.
🪜 Bu təlim proqramın hansı mərhələsidir?
TST-nin dövlət satınalmaları üzrə proqramı üç mərhələdən ibarətdir. Hər mərhələ əvvəlkinin üzərində qurulur:
1️⃣ Qanunun maddə-maddə izahı — Qanunun hər maddəsi hüquqi və praktiki baxımdan şərh edilir, Nazirlər Kabineti qərarlarına istinadlar izah olunur. Bu, hüquqi bazadır.
2️⃣ Prosedurların praktiki tətbiqi — Qanunun real iş masasında necə tətbiq olunduğu: sənədlərin hazırlanması, qiymətləndirmə, protokollar. Bu, mütəxəssisin gündəlik iş bacarığıdır.
3️⃣ Peşəkar idarəetmə (advanced) — Rəhbər və strateji məsul şəxslər üçün: qanunvericilikdə əhatə olunmayan müqavilə idarəçiliyi, risklər, şikayətlər, beynəlxalq praktika və analogiyalar. Bu, nəzarət və idarəetmə səviyyəsidir.
Hazırda baxdığınız təlim: Mərhələ: 1️⃣
🎯 Bu təlim kimlər üçündür?
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi 4000+ satınalan təşkilatda çalışırsınız və qanunvericilik bazasını sətir-sətir mənimsəmək istəyirsiniz. Aşağıdakı qruplara xüsusilə uyğundur:
-
Tələbələr və yeni məzunlar
-
Karyerasını bu sahəyə doğru dəyişmək istəyən şəxslər
-
Hazırda mütəxəssis kimi çalışan, lakin hüquqi bazasını möhkəmləndirmək istəyənlər
-
Normativ hüquqi sənədlər hazırlanması ilə məşğul olan hüquqşünaslar
🎓 Bu təlimi bitirdikdə nə bacaracaqsınız?
-
✅ Qanunun istənilən maddəsinin hüquqi məqsədini və praktiki tətbiqini müstəqil izah edə biləcəksiniz
-
✅ Maddələr arasındakı daxili əlaqəni sezərək mürəkkəb hüquqi situasiyaları analiz edə biləcəksiniz
-
✅ Tender mübahisələrində qanunun hansı maddəsinin tətbiq olunmalı olduğunu dəqiq müəyyən edə biləcəksiniz
-
✅ Əməkdaşlarınıza və komissiya üzvlərinə qanun maddələrinin praktiki tətbiqini izah edə biləcəksiniz
👨🏫 Sizi kim hazırlayacaq?
-
Elçin Ərbəşiyev - Peşəkar mütəxəssis | Dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübə. Yüz minlərlə dəyəri olan onlarla satınalmanı uğurla həyata keçirib.
💻 Necə keçirilir və nə alacaqsınız?
-
📍 FORMAT: Hibrid təlim — eyni vaxtda həm əyani (Bakı, Worklab Coworking Center), həm onlayn (Google Meet) keçirilir. Qeydiyyat zamanı seçim edirsiniz.
-
🎥 VİDEO QEYDLƏR: Bütün dərslər video qeydiyyata alınır. İştirak edə bilmədiyiniz istənilən 2 dərsin videosuna sonradan keçid təqdim edilir.
-
📚 TƏLİM MATERİALI: Təlimin əvvəlində bütün qanunvericiliyin yer aldığı toplu (elektron formatda) və izahlı təlim materialı təqdim edilir. Əyani iştirakçılar materialı çap olunmuş formatda da alırlar.
-
💬 ÖDƏNİŞSİZ DƏSTƏK: Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları xüsusi Telegram kanalında ödənişsiz cavablandırılır.
-
📍 KEÇİRİLMƏ YERİ: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
🏆 Sertifikat necə əldə olunur?
Təlim sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən aşağıdakı sertifikatlardan biri təqdim edilir:
-
🥇 Fərqlənmə sertifikatı — 75-100 bal
-
🥈 Tamamlama sertifikatı — 60-74 bal
-
🥉 İştirak sertifikatı — 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə
Bu sertifikat həm CV və LinkedIn profilinizdə bir nailiyyət kimi göstərilə bilər, həm də gələcək tender komissiyalarında və ya audit yoxlamalarında ixtisasınızın sübutu kimi tanınır.
📅 Növbəti təlim nə vaxtdır?
-
🕐 ÜMUMİ MÜDDƏT: 15 saat
-
📆 CARİ TARİXLƏR:
-
28 sentyabr, 05, 12 və 19 oktyabr (I - Bazar ertəsi) — 19:00-21:00
-
30 sentyabr, 07, 14 və 21 oktyabr (III - Çərşənbə) — 19:00-21:00
-
💰 İştirak haqqı və endirimlər
-
💡 ERKƏN BRON: Təlimin başlamasına 10 təqvim günü qalana kimi ödəniş edənlərə 10% endirim tətbiq olunur.
-
🏛 ƏYANİ, 💻 ONLAYN və ya 🏢 KORPORATİV iştirak haqqını və şərtlərini öyrənmək, eləcə də əlavə suallarınızı aydınlaşdırmaq üçün bizimlə 📞 WhatsApp (+994 51 518 84 49), e-poçt (info@tst.az) və digər vasitələrilə əlaqə saxlaya bilərsiniz
💳 İmtina şərtləri
-
Erkən imtina: Təlimin başlamasına 15 təqvim günü və ya daha çox qalmış imtina edilirsə ödədiyiniz məbləğin 100%-i geri qaytarılır.
-
İmtina: Təlimin başlamasına 15-5 təqvim günü qalmış imtina edilirsə ödədiyiniz məbləğin 75%-i geri qaytarılır (qalan 25%-i yer tutulması, materialların hazırlanması və təlimçinin cədvəlinin bağlanması üçün rezervasiya haqqı olaraq tutulur).
-
Gec imtina: Təlimin başlamasına 5 təqvim günündən az qalmış və ya təlim başladıqdan sonra imtina edilirsə ödəniş geri qaytarılmır. Lakin tam məbləğ növbəti təliminizə kredit kimi qalır — 1 il ərzində istifadə edə bilərsiniz.
-
Əgər ilk 2 dərsdə təlimin keyfiyyəti ilə bağlı əsaslandırılmış yazılı iradınız olarsa, yalnız keçirilmiş 2 dərsin dəyərini ödəyib müqaviləni dayandıra bilərsiniz.
-
