top of page

Tenderdə qalib gəlmək şansa bağlı deyil — rəqəmlər bunu sübut edir

  • Writer: Elşən Həsənov
    Elşən Həsənov
  • Mar 30
  • 2 min read

Updated: Mar 31

Tenderdə qalib gəlmək strategiyası — TST seminar, 10 aprel, Bakı
Tenderdə qalib gəlmək strategiyası — TST seminar, 10 aprel, Bakı

Dünya miqyasında dövlət satınalmaları hər il 13 trilyon ABŞ dolları həcmindədir. Bu, qlobal ÜDM-nin 12%-i deməkdir — planetin ən böyük "bazarı." Azərbaycanda isə bu rəqəm təxmini hesablamalara görə 2025-ci ildə ÜDM-nin 11,6%-nə, yəni 11 milyard manatdan çox büdcəyə çatıb.


Lakin bu bazara girən hər şirkət qalib gəlmir. Əksinə, Avropa İttifaqında keçirilən tenderlərin 41,8%-ə yaxınında yalnız bir iştirakçı olub (Azərbaycanın dövlət satınalmaları qanunvericiliyinə görə 1 iştirakçılı tenderlər avtomatik ləğv olunur, hansı ki normal praktika deyil, nəticədə formal tenderlərin sayının artmasına bu tələb də ciddi təsir edir) — 2011-ci ildəki 23,5% göstəricisi ilə müqayisədə demək olar ki iki qat artım. Tenderlərin yarısından çoxuna real rəqabət yoxdur, amma bu o demək deyil ki, qalib olmaq asandır — əksinə, yanlış hazırlıq həmin tək iştirakçını da uduzdura bilər. Böyük Britaniyada ən yaxşı komandaların belə orta qalib gəlmə faizi cəmi 47%-dir.


Bəs Azərbaycanda vəziyyət necədir?

Rəqəmlər sizi təəccübləndirəcək. Dövlət satınalmalarının statistikasına baxanda görünür ki, bazarda aktiv iştirak edən şirkətlərin böyük hissəsi öz potensialından çox-çox aşağı nəticə göstərir. Razılaşdırılmış tenderlər bir reallıqdır, bəzi hallarda bu reallıq qanundakı yanlış tələblərdən qidalanır, bəzi hallarda nəzarətin zəifliyindən, bəzi hallarda əksər ölkələrdə də olan səbəblərdən..


Fevral ayında satınalanlar üçün təşkil etdiyim "Dövlət satınalmalarının təkamülü" seminarının ardı olaraq 🚀 10 APRELdə keçirəcəyim "Tenderlərdə qalibiyyət strategiyası" seminarda süni intellektin gətirdiyi sonsuz imkanlar ümmanında boğulmamaq üçün təchizatçılara vacib olan imkanlardan bəhs edəcəm, süni intellek ilə hazırladığım tender-gov-az portalını izləyən proqramın işləməsini göstərməklə yanaşı Azərbaycan bazarının özünəməxsus rəqabət mənzərəsini, təchizatçıların qalib gəlmə nisbətlərini (iştirak etdiyi bütün tenderlərdə qalib olanlardan, bircə dəfə də qalib olmayanlara qədər) və sistematik səhvləri — konkret və heç bir yerdə görməyəcəyinizi unikal təhlil nəticəsində hazırlanmış statistika ilə açacağam.


Bundan əlavə, seminar çərçivəsində 40-dan çox dövlət qurumunun mövcud satınalma qanunvericiliyinə dair təklifləri də təhlil olunacaq — bu, heç bir açıq mənbədə mövcud olmayan, satınalma prosesinin "içindən" gələn nadir məlumatlardır.


Tenderdə qalib gəlmək üçün nə lazımdır? Şans deyil. Düzgün strategiya.


📅 10 aprel | 10:00–14:00 | iBis Baku City Hotel

ℹ️ Məlumat üçün: +994 51 518 84 49 (WhatsApp)



Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page