Növbəti, "Dövlət satınalmaları qanununun maddə-maddə izahı" təlimi 28 sentyabrda başlayır!
Dövlət satınalmalarının peşəkar
idarə edilməsi
"Strateji qərarlar, risklər, şikayətlər və müqavilə menecmenti"
🕐 16 saat | 💰 270 AZN-dən | 🎓 Hibrid (Əyani + Online)
Bu təlim proqramın ən yüksək mərhələsidir və prosedur icrasından idarəetməyə keçidi əhatə edir. Fokus qanunun tətbiqində deyil — qanunvericiliyin birbaşa cavab vermədiyi sahələrdədir: müqavilənin icra mərhələsində yaranan mürəkkəb problemlər, risklərin preventiv idarə olunması, şikayətlərə hüquqi reaksiya və beynəlxalq praktikadan analogiyalar.
Burada biz "səhv etməyi" deyil, xətalara qarşı preventiv (önləyici) qalxan yaratmağı öyrədirik. Təlim həmçinin satınalma sahəsinin nəzəri və institusional əsaslarını, Dünya Bankı və Asiya İnkişaf Bankının analoji praktikalarını, Avropa Ədalət Məhkəməsinin müvafiq qərarlarını əhatə edir.
Bu təlimi bitirən şəxs satınalma sonrası müqavilə idarəetməsi və auditə hazırlıq üzrə ekspertə çevrilir.
🪜 Bu təlim proqramın hansı mərhələsidir?
TST-nin dövlət satınalmaları üzrə proqramı üç mərhələdən ibarətdir. Hər mərhələ əvvəlkinin üzərində qurulur:
1️⃣ Qanunun maddə-maddə izahı — Qanunun hər maddəsi hüquqi və praktiki baxımdan şərh edilir, Nazirlər Kabineti qərarlarına istinadlar izah olunur. Bu, hüquqi bazadır.
2️⃣ Prosedurların praktiki tətbiqi — Qanunun real iş masasında necə tətbiq olunduğu: sənədlərin hazırlanması, qiymətləndirmə, protokollar. Bu, mütəxəssisin gündəlik iş bacarığıdır.
3️⃣ Peşəkar idarəetmə (advanced) — Rəhbər və strateji məsul şəxslər üçün: qanunvericilikdə əhatə olunmayan müqavilə idarəçiliyi, risklər, şikayətlər, beynəlxalq praktika və analogiyalar. Bu, nəzarət və idarəetmə səviyyəsidir.
Hazırda baxdığınız təlim: Mərhələ: 3️⃣
🎯 Bu təlim kimlər üçündür?
-
Satınalan təşkilatlarda dövlət satınalmalarının idarə olunması üzrə rəhbər təcrübəsi olanlar
-
Dövlət satınalmalarının təşkili üzrə təcrübəsi olub rəhbər olmaq istəyənlər
-
Satınalma prosesinə nəzarət edən daxili audit və nəzarət əməkdaşları
-
Müqavilə idarəçiliyi və mübahisələrin həlli ilə məşğul olan hüquqşünaslar
⚠️ Bu təlimdə iştirak üçün dövlət satınalmaları sahəsində bir neçə il aktiv təcrübə tələb olunur. Əgər təcrübəniz yoxdursa, Dövlət satınalmaları prosedurlarının praktiki tətbiqi təlimində iştirak edib daha sonra bu təlimə qoşulmağınızı tövsiyə edirik.
🎓 Bu təlimi bitirdikdə nə bacaracaqsınız?
-
✅ Satınalma prosesində korrupsiya, maraqların toqquşması və metodoloji səhv risklərini erkən aşkarlayıb preventiv tədbir görə biləcəksiniz
-
✅ Şikayətlərə hüquqi cəhətdən düzgün reaksiya verib şikayət sayını azaldan sistem qura biləcəksiniz
-
✅ Müqavilənin icrası mərhələsində yaranan mürəkkəb problemləri (qiymət artımı, gecikmə, subpodrat) hüquqi əsasla həll edə biləcəksiniz
-
✅ Satınalma qərarlarınızı beynəlxalq praktika (Dünya Bankı, ADB, UNCITRAL) ilə müqayisə edib əsaslandıra biləcəksiniz
-
✅ Avropa Ədalət Məhkəməsinin qərarlarından çıxan prinsipləri yerli praktikaya tətbiq edə biləcəksiniz
-
✅ Təşkilatınızı audit yoxlamasına sənədli olaraq hazırlaya və nəzarət orqanının baxışına davamlı proses qura biləcəksiniz
👨🏫 Sizi kim hazırlayacaq?
-
Yusif Yusifli (10 saat) — Peşəkar mütəxəssis | Dövlət satınalması sahəsində 10 ildən çox təcrübə. Dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirib.
-
Elçin Ərbəşiyev (6 saat) — Peşəkar mütəxəssis | Dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübə. Dəyəri yüz minlərlə olan onlarla satınalmanı uğurla həyata keçirib.
💻 Necə keçirilir və nə alacaqsınız?
-
📍 FORMAT: Hibrid təlim — eyni vaxtda həm əyani (Bakı, Worklab Coworking Center), həm onlayn (Google Meet) keçirilir. Qeydiyyat zamanı seçim edirsiniz.
-
🎥 VİDEO QEYDLƏR: Bütün dərslər video qeydiyyata alınır. İştirak edə bilmədiyiniz istənilən 2 dərsin videosuna sonradan keçid təqdim edilir.
-
📚 TƏLİM MATERİALI: Təlimin əvvəlində bütün qanunvericiliyin yer aldığı toplu (elektron formatda) və izahlı təlim materialı təqdim edilir. Əyani iştirakçılar materialı çap olunmuş formatda da alırlar.
-
💬 ÖDƏNİŞSİZ DƏSTƏK: Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları xüsusi Telegram kanalında ödənişsiz cavablandırılır.
-
📍 KEÇİRİLMƏ YERİ: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
🏆 Sertifikat necə əldə olunur?
Təlim sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən aşağıdakı sertifikatlardan biri təqdim edilir:
-
🥇 Fərqlənmə sertifikatı — 75-100 bal
-
🥈 Tamamlama sertifikatı — 60-74 bal
-
🥉 İştirak sertifikatı — 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə
Bu sertifikat həm CV və LinkedIn profilinizdə bir nailiyyət kimi göstərilə bilər, həm də gələcək tender komissiyalarında və ya audit yoxlamalarında ixtisasınızın sübutu kimi tanınır.
📅 Növbəti təlim nə vaxtdır?
-
🕐 ÜMUMİ MÜDDƏT: 16 saat
-
📆 CARİ TARİXLƏR:
-
19, 26 oktyabr, 02 və 16 noyabr (I - Bazar ertəsi) — 19:00-21:00
-
21, 28 oktyabr, 04 və 11 noyabr (III - Çərşənbə) — 19:00-21:00
-
💰 İştirak haqqı və endirimlər
-
💡 ERKƏN BRON: Təlimin başlamasına 10 təqvim günü qalana kimi ödəniş edənlərə 10% endirim tətbiq olunur.
-
🏛 ƏYANİ, 💻 ONLAYN və ya 🏢 KORPORATİV iştirak haqqını və şərtlərini öyrənmək, eləcə də əlavə suallarınızı aydınlaşdırmaq üçün bizimlə 📞 WhatsApp (+994 51 518 84 49), e-poçt (info@tst.az) və digər vasitələrilə əlaqə saxlaya bilərsiniz
Proqram
DƏRS 1 — Dövlət satınalmalarının institusional və nəzəri əsasları
-
Satınalmanın dövlət idarəçiliyindəki yeri; dəyər qarşılığı (value for money) prinsipi
-
Satınalma sisteminin əsas prinsipləri və onların hüquqi mənası
-
Satınalma yetkinliyi modelləri və peşəkarlaşma çərçivələri
-
Satınalma funksiyasının strateji səviyyəyə yüksəldilməsi
DƏRS 2 — Beynəlxalq çərçivələr və analogiyalar
-
UNCITRAL Model Qanunu və onun Azərbaycan qanunvericiliyinə təsiri
-
Avropa İttifaqı Direktivi 2014/24/EU — əsas prinsiplər və yanaşma
-
Böyük Britaniyanın Procurement Act 2023 islahatı
-
Dünya Bankı və Asiya İnkişaf Bankının satınalma qaydaları — yanaşma fərqləri
DƏRS 3 — Strateji satınalma qərarları və planlaşdırma
-
Kateqoriya əsaslı yanaşma və satınalmaların konsolidasiyası
-
Çərçivə sazişləri: nə vaxt, hansı şərtlərlə
-
Risk əsaslı planlaşdırma və prioritetləşdirmə
-
Bazarla erkən dialoq (market engagement) və onun hüquqi hüdudları
DƏRS 4 — Satınalmada risklərin idarə olunması
-
Risk növləri: korrupsiya, maraqların toqquşması, metodoloji səhvlər
-
Sui-istifadə göstəriciləri (red flags) — necə aşkarlanır
-
Maraqların toqquşmasının idarə olunması: bəyannamə, rekuzasiya, sənədləşmə
-
Preventiv nəzarət mexanizmlərinin qurulması
DƏRS 5 — Müqavilə idarəçiliyi I: icra mərhələsi
-
Qanunvericilikdə əhatə olunmayan sahə: müqavilə icrasının idarə olunması
-
Müqavilə dəyişiklikləri — hansı hədlərdə mümkündür
-
Qiymət artımı, gecikmə və subpodrat məsələləri
-
İcra zəmanətləri və onların tətbiqi
DƏRS 6 — Müqavilə idarəçiliyi II: performans və xitam
-
Təchizatçı performansının ölçülməsi və sənədləşdirilməsi
-
Tələblərin (claim) idarə olunması
-
Müqaviləyə vaxtından əvvəl xitam: əsaslar və prosedur
-
Mübahisələrin həlli mexanizmləri
DƏRS 7 — Şikayətlərin idarə olunması və hüquqi müdafiə
-
Şikayət mexanizminin məntiqi və mərhələləri
-
Şikayətə hüquqi cəhətdən düzgün cavabın hazırlanması
-
Şikayət sayını azaldan preventiv tədbirlər
-
Avropa Ədalət Məhkəməsinin analoji qərarları (eVigilo, Fabricom) və onlardan çıxan prinsiplər
DƏRS 8 — Nəzarət, audit və peşəkar məsuliyyət
-
Nəzarət orqanının yoxlamasına hazırlıq: sənəd izi və hesabatlılıq
-
Auditə davamlı satınalma prosesinin qurulması
-
Vəzifəli şəxslərin məsuliyyəti: hüquqi hüdudlar
-
Satınalma peşəkarının inkişaf yolu; yekun müzakirə
💳 İmtina şərtləri
-
Erkən imtina: Təlimin başlamasına 15 təqvim günü və ya daha çox qalmış imtina edilirsə ödədiyiniz məbləğin 100%-i geri qaytarılır.
-
İmtina: Təlimin başlamasına 15-5 təqvim günü qalmış imtina edilirsə ödədiyiniz məbləğin 75%-i geri qaytarılır (qalan 25%-i yer tutulması, materialların hazırlanması və təlimçinin cədvəlinin bağlanması üçün rezervasiya haqqı olaraq tutulur).
-
Gec imtina: Təlimin başlamasına 5 təqvim günündən az qalmış və ya təlim başladıqdan sonra imtina edilirsə ödəniş geri qaytarılmır. Lakin tam məbləğ növbəti təliminizə kredit kimi qalır — 1 il ərzində istifadə edə bilərsiniz.
-
Əgər ilk 2 dərsdə təlimin keyfiyyəti ilə bağlı əsaslandırılmış yazılı iradınız olarsa, yalnız keçirilmiş 2 dərsin dəyərini ödəyib müqaviləni dayandıra bilərsiniz.
-
