Növbəti təlimimiz - "Dövlət satınalmaları qanunun maddə-maddə izahı" 21 fevralda başlayır!
Dövlət satınalmalarının peşəkar
idarə edilməsi
"Strateji qorunma: Risklər, şikayətlər və müqavilə menecmenti"
Satınalan təşkilatlarda dövlət satınalmaları qanunvericiliyinə uyğun satınalmanı təşkil etmə təcrübəsi, nəzəri biliyi olan və bu sahədə özünü inkişaf etdirmək istəyən idarəedici şəxslər, rəhbərlər və rəhbər olmaq istəyənlər üçün mürəkkəb və çətinlik yaradan satınalma və satınalma sonrası müqavilə prosedurların dərindən təhlili, real-praktiki nümunələrlə izahı və risklərin idarə olunmasının öyrədilməsi. Burada biz "səhv etməməyi" deyil, "xətalara qarşı preventiv (önləyici) qalxan" yaratmağı öyrədirik. Bu təlimi bitirən şəxs satınalma sonrası müqavilə idarəetməsi və auditə hazırlıq üzrə ekspertə çevrilir.
-
Kimlər üçün nəzərdə tutulub
-
Satınalan təşkilatlarda dövlət satınalmalarının idarə olunması üzrə rəhbər olaraq təcrübəsi olanlar
-
Dövlət satınalmalarının təşkili üzrə təcrübəsi olun rəhbər olmaq istəyənlər
-
Audit menecerləri
-
⚠️ Bu təlimdə iştirak üçün dövlət satınalmaları sahəsində bir neçə il aktiv təcrübə tələb olunur. Əgər bu təcrübəniz yoxdursa Dövlət satınalmalarının praktiki idarə edilməsi təlimində iştirak edib daha sonra bu təlimə qoşulmağınız tövsiyə olunur
-
-
Nələr öyrədilir
-
Satınalma zamanı qarşılaşılan riskləri (korrupsiya, maraqlar toqquşması, metodoloji səhvlər) aşkarlamaq və idarə etmək.
-
Şikayətlərə düzgün hüquqi reaksiya vermək və onların sayını azaltmaq üçün preventiv tədbirlər görmək.
-
Müqavilənin icrası mərhələsində yaranan mürəkkəb problemləri (qiymət artımı, gecikmələr, subpodrat) həll etmək.
-
➕ Satınalma sahəsində tematik mövzular (məsələn çərçivə sazişi, digər satınalma metodlarının tətbiqi və s.) üzrə daha dərin biliklər əldə edib bu sahədəki peşəkarlarlla təcrübə mübadiləsi əldə etmək istəyənlər Seminarlara qoşula bilərlər.
-
-
Təlim materialı
-
Təlimin əvvəlində təlim təqdimatını hər slaydının ümumiləşdirilmiş məlumatlarının və iştirakçı üçün qeyd yerləri olan material əyani iştirakçılar üçün çap edilərək və PDF formatında, onlayn iştirakçılar üçün sadəcə PDF formatında təqdim edilir.
-
Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
-
-
Təlim formatı
-
Əyani
-
Paraleldə onlayn
-
Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.
-
-
Təlimçi kimdir
-
(10 saat) dövlət satınalması sahəsində 10 ildən çox təcrübəsi olan, dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Yusif Yusifli və
-
(6 saat) dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübəsi olan, dəyəri yüz minlərlə olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Elçin Ərbəşiyev
-
-
Təlimin keçirilmə müddəti və vaxtları
-
16 saat
-
I sessiya: 06, 08, 13, 15 20, 22, 27 və 29 aprel (19:00-21:00)
-
-
Təlimin keçiriləcəyi yer
-
Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
-
-
İştirak haqqı
-
ƏYANİ: 400 AZN
-
ONLAYN: 300 AZN
-
Korporativ: Müqavilə ilə ödəniş üçün əlaqə saxlayın
-
🛒 Onlayn ödə
-
Sertifikatlaşdırma və imtahan: Təlimin sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən təqdim edilən sertifikatlar:
-
Fərqlənmə sertifikatı: 75 - 100 bal toplayanlara;
-
Tamamlama sertifikatı: 60 - 74 bal toplayanlara;
-
İştirak sertifikatı: 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə.
-
Proqram
-
Dərs 1. Satınalma prosesində strateji risklərin identifikasiyası və idarə olunması. Bu dərsdə idarəedici şəxslər üçün satınalma zəncirində yarana biləcək korrupsiya, maraqlar toqquşması və metodoloji səhvlər kimi risklərin aşkarlanması və onların qarşısının alınması üçün daxili nəzarət sisteminin qurulması öyrədilir.
-
Dərs 2. Mürəkkəb və xüsusi rejimli satınalma ssenarilərinin idarə edilməsi. İştirakçılar ikimərhələli tenderlər, çərçivə sazişləri və müdafiə təyinatlı qapalı satınalmaların xüsusiyyətlərini, habelə beynəlxalq donor layihələrində satınalma inteqrasiyasını təhlil edirlər.
-
Dərs 3. Şikayətlərin idarə olunması və preventiv müdafiə strategiyalarının qurulması. Təlimin bu hissəsində təchizatçıların satınalan təşkilata və nəzarət orqanına verdiyi şikayətlərin səbəbləri, onlara qanunauyğun hüquqi reaksiya verilməsi və şikayətlərin sayını azaltmaq üçün görülməli olan önləyici tədbirlər araşdırılır.
-
Dərs 4. Müqavilənin icrası mərhələsində monitorinq və nəzarət mexanizmləri. Müqavilə bağlandıqdan sonra malın və ya işin qəbulu zamanı texniki spesifikasiyalara uyğunluğun yoxlanılması, gecikmələrin sənədləşdirilməsi və podratçı ilə rəsmi yazışmaların aparılması qaydaları izah edilir.
-
Dərs 5. Müqavilədə dəyişikliklər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin tətbiqi. Dərs zamanı müqavilə həcminin artırılması-azaldılması limitləri, fors-major hallar və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə hüquqi təsirinin qiymətləndirilməsi tədris olunur.
-
Dərs 6. Avans, təminatlar və ödəmə proseslərində yaranan problemlərin həlli. Bu mərhələdə bank zəmanətlərinin idarə olunması, icra təminatlarının tutulması və ya qaytarılması, habelə ödəmə sənədlərinin hazırlanması zamanı qarşıya çıxan maliyyə maneələri və onların həlli yolları təhlil edilir.
-
Dərs 7. Daxili audit, nəzarət orqanları ilə iş və auditə hazırlıq prosedurları. İdarəedici şəxslər üçün Hesablama Palatası və Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalara hazırlıq, aşkar olunmuş nöqsanların metodoloji müdafiəsi və gələcəkdə bu nöqsanların təkrarlanmaması üçün görüləcək işlər göstərilir.
-
Dərs 8. Mübahisələrin həlli, müqavilənin tamamlanması və performansın ölçülməsi. Sonuncu dərsdə müqavilə üzrə yaranan mübahisələrin məhkəmədənkənar həlli yolları, yekun təhvil-təslim aktlarının imzalanması və satınalma mütəxəssislərinin fəaliyyətinin effektivlik göstəriciləri (KPI) üzrə qiymətləndirilməsi tamamlanır.
Qeydiyyat və ödəniş
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam
-
bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər
