top of page

Dövlət satınalmaları prosedurlarının
praktiki tətbiqi

"Satınalma planından müqaviləyədək"

​​​​🕐 16 saat  |  💰 270 AZN-dən  | 🎓 Hibrid (Əyani + Online)

Bu təlim qanunu bilməkdən onu tətbiq etməyə keçid mərhələsidir. Satınalan təşkilatlarda ən çox tətbiq edilən prosedurlar müxtəlif ssenarilər üzrə real nümunələrlə izah olunur — satınalma planından müqavilənin bağlanmasınadək. Burada nəzəriyyə deyil, birbaşa "iş masası" üzərindəki sənədlər danışır: şərtlər toplusu, ehtimal olunan qiymət cədvəli, uyğunluq sənədləri, qiymətləndirmə vərəqləri, yekun protokol. 

Təlim həmçinin qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini (inzibati xətalar və cinayət məcəlləsi) əhatə edir.


🪜 Bu təlim proqramın hansı mərhələsidir?

TST-nin dövlət satınalmaları üzrə proqramı üç mərhələdən ibarətdir. Hər mərhələ əvvəlkinin üzərində qurulur:

1️⃣ Qanunun maddə-maddə izahı — Qanunun hər maddəsi hüquqi və praktiki baxımdan şərh edilir, Nazirlər Kabineti qərarlarına istinadlar izah olunur. Bu, hüquqi bazadır.

2️⃣ Prosedurların praktiki tətbiqi — Qanunun real iş masasında necə tətbiq olunduğu: sənədlərin hazırlanması, qiymətləndirmə, protokollar. Bu, mütəxəssisin gündəlik iş bacarığıdır.

3️⃣ Peşəkar idarəetmə (advanced) — Rəhbər və strateji məsul şəxslər üçün: qanunvericilikdə əhatə olunmayan müqavilə idarəçiliyi, risklər, şikayətlər, beynəlxalq praktika və analogiyalar. Bu, nəzarət və idarəetmə səviyyəsidir.

 

Hazırda baxdığınız təlim: Mərhələ: 2️⃣

🎯 Bu təlim kimlər üçündür?

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi 4000-dən artıq satınalan təşkilatda çalışan şəxslər üçün. Aşağıdakı qruplara xüsusilə uyğundur:

  • Satınalma üzrə praktiki bacarıqlarını inkişaf etdirmək istəyənlər

  • Bu sahədə təcrübəsi az olan və ya yeni başlayan əməkdaşlar

  • Satınalma sənədlərini hazırlayan və prosesi icra edən mütəxəssislər

  • Komissiya üzvləri və satınalma prosesinə cəlb olunan digər əməkdaşlar

⚠️ Bu təlimdə iştirak üçün dövlət satınalmaları qanunvericiliyi üzrə baza bilikləri tələb olunur. Əgər bu bilikləriniz yoxdursa, Dövlət satınalmaları qanununun maddə-maddə izahı təlimində iştirak etdikdən sonra bu təlimə qoşulmağınızı tövsiyə edirik.

🎓 Bu təlimi bitirdikdə nə bacaracaqsınız?

  • ✅ Satınalma planını təşkilatın struktur bölmələrindən gələn tələbatlar əsasında, illik büdcə limitləri daxilində hazırlaya biləcəksiniz

  • ✅ Satınalma predmetinə uyğun ən effektiv metodu seçib, NK-503 üzrə şərtlər toplusunu nümunəvi formalar əsasında tərtib edə biləcəksiniz

  • ✅ Rəqabəti məhdudlaşdırmayan obyektiv texniki tapşırıq hazırlaya və NK-494-ə uyğun maliyyə/peşəkarlıq meyarlarını düzgün müəyyən edə biləcəksiniz

  • ✅ Bazar araşdırmasını sorğu vərəqələri vasitəsilə aparıb ehtimal olunan qiymət cədvəlini qanuna uyğun hesablaya biləcəksiniz

  • ✅ NK-502 üzrə nümunəvi müqavilə layihəsini predmetin xüsusiyyətlərinə görə adaptasiya edə biləcəksiniz

  • ✅ Təchizatçıların uyğunluq sənədlərinin həqiqiliyini yoxlayıb kənarlaşdırma hallarını düzgün müəyyən edə biləcəksiniz

  • ✅ Təkliflərdəki hesab səhvlərini aşkarlayıb, yerli mənşəli mallara güzəşti tətbiq edərək ən səmərəli təklifi müəyyən edə biləcəksiniz

  • ✅ NK-499 üzrə yekun protokolu tərtib edib gözləmə müddətini düzgün tətbiq edə biləcəksiniz

👨‍🏫 Sizi kim hazırlayacaq?

  • Elçin Ərbəşiyev - Peşəkar mütəxəssis | Dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübə. Dəyəri yüz minlərlə olan onlarla satınalmanı uğurla həyata keçirib.

​​​​

💻 Necə keçirilir və nə alacaqsınız?

  • 📍 FORMAT: Hibrid təlim — eyni vaxtda həm əyani (Bakı, Worklab Coworking Center), həm onlayn (Google Meet) keçirilir. Qeydiyyat zamanı seçim edirsiniz.

  • 🎥 VİDEO QEYDLƏR: Bütün dərslər video qeydiyyata alınır. İştirak edə bilmədiyiniz istənilən 2 dərsin videosuna sonradan keçid təqdim edilir.

  • 📚 TƏLİM MATERİALI: Təlimin əvvəlində bütün qanunvericiliyin yer aldığı toplu (elektron formatda) və izahlı təlim materialı təqdim edilir. Əyani iştirakçılar materialı çap olunmuş formatda da alırlar.

  • 💬 ÖDƏNİŞSİZ DƏSTƏK: Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları xüsusi Telegram kanalında ödənişsiz cavablandırılır.

  • 📍 KEÇİRİLMƏ YERİ: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)

🏆 Sertifikat necə əldə olunur?

Təlim sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən aşağıdakı sertifikatlardan biri təqdim edilir:

  • 🥇 Fərqlənmə sertifikatı — 75-100 bal

  • 🥈 Tamamlama sertifikatı — 60-74 bal

  • 🥉 İştirak sertifikatı — 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə

 

Bu sertifikat həm CV və LinkedIn profilinizdə bir nailiyyət kimi göstərilə bilər, həm də gələcək tender komissiyalarında və ya audit yoxlamalarında ixtisasınızın sübutu kimi tanınır.

📅 Növbəti təlim nə vaxtdır?

  • 🕐 ÜMUMİ MÜDDƏT: 16 saat

  • 📆 CARİ TARİXLƏR:

    • 29 sentyabr, 06, 13 və 20 oktyabr (II - Çərşənbə axşamı) — 19:00-21:00

    • 01, 08, 15 və 22 oktyabr (IV - Cümə axşamı) — 19:00-21:00

💰 İştirak haqqı və endirimlər

  • 💡 ERKƏN BRON: Təlimin başlamasına 10 təqvim günü qalana kimi ödəniş edənlərə 10% endirim tətbiq olunur.

  • 🛒 Onlayn ödə

  • 🏛 ƏYANİ, 💻 ONLAYN və ya 🏢 KORPORATİV iştirak haqqını və şərtlərini öyrənmək, eləcə də əlavə suallarınızı aydınlaşdırmaq üçün bizimlə 📞 WhatsApp (+994 51 518 84 49), e-poçt (info@tst.az) və digər vasitələrilə əlaqə saxlaya bilərsiniz

Proqram

DƏRS 1 — Satınalma tələbatının planlaşdırılması və daxili sifarişlərin idarə olunması

  • Struktur bölmələrdən gələn tələbatların toplanması

  • İllik satınalma planının büdcə limitləri daxilində hazırlanması

  • Daxili sifariş sistemi ilə işin effektiv qurulması

  • Praktiki nümunələrlə izah

DƏRS 2 — Satınalma metodunun seçilməsi və şərtlər toplusunun tərtibi

  • Satınalma predmetinin növünə uyğun ən effektiv metodun seçilməsi

  • NK-503 üzrə şərtlər toplusunun nümunəvi formalar əsasında hazırlanması

  • Şərtlər toplusunun ilkin hissəsinin tərtibi

DƏRS 3 — Texniki spesifikasiya və qiymətləndirmə meyarları

  • Rəqabəti məhdudlaşdırmayan obyektiv texniki tapşırığın hazırlanması

  • NK-494 üzrə təchizatçılara qoyulan maliyyə və peşəkarlıq meyarlarının düzgün seçilməsi

 

DƏRS 4 — Bazar araşdırması və ehtimal olunan qiymətin hesablanması

  • Sorğu vərəqələri vasitəsilə qiymət təkliflərinin alınması

  • Bazar qiymətlərinin analizi

  • Ehtimal olunan qiymət cədvəlinin qanunvericiliyə uyğun hesablanması
     

DƏRS 5 — Müqavilə layihəsinin hazırlanması

  • NK-502 üzrə nümunəvi müqavilə formalarının seçilməsi

  • Ödəmə, cərimə və çatdırılma şərtlərinin predmetə görə adaptasiyası

  • Müqavilənin hüquqi şərtləri
     

DƏRS 6 — Uyğunluq sənədlərinin yoxlanılması və kənarlaşdırma

  • Vergi, sosial, maliyyə və təcrübə sənədlərinin həqiqiliyinin yoxlanılması

  • Xırda çatışmazlıqların aradan qaldırılması

  • Qanunvericiliyə uyğun kənarlaşdırma hallarının müəyyən edilməsi
     

DƏRS 7 — Təkliflərin qiymətləndirilməsi

  • Qiymət təkliflərindəki hesab səhvlərinin tapılması və düzəldilməsi

  • Yerli mənşəli mallar üçün 20 faizə qədər güzəştin tətbiqi

  • Ən səmərəli təklifin müəyyən edilməsi
     

DƏRS 8 — Satınalma nəticələrinin rəsmiləşdirilməsi

  • Satınalma komissiyasının qərarvermə mexanizmi

  • NK-499 üzrə yekun protokolun tərtib edilməsi

  • Gözləmə müddətinin tətbiqi

BU TƏLİM SƏNƏ UYĞUNDUR?

👍🏻Uyğundur

Ödəniş edərək, yerinizi indi ayırın və bu qrupa qoşulun. Qrup ölçüsü məhduddur.

✓ Yer ayırma anında həyata keçir
✓ Müqavilə email ilə göndərilir 

🫥 Tarixlər uyğun deyil

Növbəti qrup açılanda ilk siz biləcəksiniz.

✓ Pulsuzdur

✓ 1 dəqiqə vaxt aparır.

​​​💳 İmtina şərtləri
  • Erkən imtina: Təlimin başlamasına 15 təqvim günü və ya daha çox qalmış imtina edilirsə ödədiyiniz məbləğin 100%-i geri qaytarılır.

  • İmtina: Təlimin başlamasına 15-5 təqvim günü qalmış imtina edilirsə ödədiyiniz məbləğin 75%-i geri qaytarılır (qalan 25%-i yer tutulması, materialların hazırlanması və təlimçinin cədvəlinin bağlanması üçün rezervasiya haqqı olaraq tutulur).

  • Gec imtina: Təlimin başlamasına 5 təqvim günündən az qalmış və ya təlim başladıqdan sonra imtina edilirsə ödəniş geri qaytarılmır. Lakin tam məbləğ növbəti təliminizə kredit kimi qalır — 1 il ərzində istifadə edə bilərsiniz.

    • Əgər ilk 2 dərsdə təlimin keyfiyyəti ilə bağlı əsaslandırılmış yazılı iradınız olarsa, yalnız keçirilmiş 2 dərsin dəyərini ödəyib müqaviləni dayandıra bilərsiniz.

  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page