top of page

Təchizat zəncirində praktiki satınalma bacarıqları
"Özəl və dövlət sektorunda satınalmanın beynəlxalq və yerli praktikası ilə öyrənilməsi"

​​​​🕐 16 saat  |  💰 270 AZN-dən  | 🎓 Hibrid (Əyani + Online)

Bu proqram beynəlxalq satınalma prinsiplərini (CIPS bilik bazası) Azərbaycan dilində verir və onları özəl şirkət mühitində necə tətbiq etməyi öyrədir. Satınalma haqqında oxumusunuz, bəlkə sertifikat da almısınız amma iş yerində sual başqa cür qoyulur: bu təchizatçını hansı əsasla seçim? Spesifikasiyanı necə yazım ki, sonra problem çıxmasın? Üç təklif kifayətdirmi, yoxsa tender lazımdır? Proqram məhz bu boşluğu bağlayır: dövlət bürokratiyası olmadan, lakin şirkətin pulunu qoruyacaq qədər struktur.

🎯 Bu təlim kimlər üçündür?

Özəl sektorda satınalma prosesində iştirak edən və ya bu sahəyə keçmək istəyən hər kəs üçün. Aşağıdakı qruplara xüsusilə uyğundur:

  • Özəl şirkətlərdə satınalma ilə məşğul olan şöbə müdirləri, mütəxəssislər və məsul şəxslər

  • CIPS sertifikatına hazırlaşan, lakin ingilis dili maneəsi olanlar

  • CIPS sertifikatı olan, lakin praktik tətbiq bacarığı qazanmaq istəyənlər

  • Satınalma ilə kəsişən sahələrdən gələnlər — maliyyə, hüquq, satış, inzibati

  • Satınalma və təchizat üzrə təhsil alan tələbələr və yeni məzunlar

🎓 Bu təlimi bitirdikdə nə bacaracaqsınız?

  • ✅ Satınalmanı alış-veriş deyil, strateji funksiya kimi qura biləcəksiniz

  • ✅ Ehtiyacı düzgün müəyyənləşdirib sonradan problem yaratmayan spesifikasiya yaza biləcəksiniz

  • ✅ Hansı alışa hansı yanaşmanın uyğun olduğunu (Kraljic portfel məntiqi) müəyyən edə biləcəksiniz

  • ✅ Nə vaxt tender, nə vaxt üç təklif, nə vaxt bir mənbədən alış — və onu necə əsaslandırmağı biləcəksiniz

  • ✅ Ən aşağı qiymətə deyil, ümumi sahiblik dəyərinə (TCO) görə seçim edə biləcəksiniz

  • ✅ Müqavilədə riskin harada olduğunu görüb danışığa strukturlu hazırlaşa biləcəksiniz

  • ✅ Təchizatçı performansını KPI və scorecard ilə sistematik ölçə biləcəksiniz

👨‍🏫 Sizi kim hazırlayacaq?

  • Azər Musalı - Peşəkar mütəxəssis | CIPS™ L3 | Özəl sektorda 10 ildən artıq satınalma təcrübəsi. Tikinti və xidmət layihələrində böyükməbləğli satınalma paketlərinin idarə olunması üzrə praktik iş təcrübəsi.

​​​​

💻 Necə keçirilir və nə alacaqsınız?

  • 📍 FORMAT: Hibrid təlim — eyni vaxtda həm əyani (Bakı, Worklab Coworking Center), həm onlayn (Google Meet) keçirilir. Qeydiyyat zamanı seçim edirsiniz.

  • 🎥 VİDEO QEYDLƏR: Bütün dərslər video qeydiyyata alınır. İştirak edə bilmədiyiniz istənilən 2 dərsin videosuna sonradan keçid təqdim edilir.

  • 📚 TƏLİM MATERİALI: Təlimin əvvəlində bütün qanunvericiliyin yer aldığı toplu (elektron formatda) və izahlı təlim materialı təqdim edilir. Əyani iştirakçılar materialı çap olunmuş formatda da alırlar.

  • 💬 ÖDƏNİŞSİZ DƏSTƏK: Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları xüsusi Telegram kanalında ödənişsiz cavablandırılır.

  • 📍 KEÇİRİLMƏ YERİ: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)

🏆 Sertifikat necə əldə olunur?

Təlim sonunda iştirakçıların bilik səviyyəsini ölçmək məqsədilə imtahan keçirilir. Nəticələrə əsasən aşağıdakı sertifikatlardan biri təqdim edilir:

  • 🥇 Fərqlənmə sertifikatı — 75-100 bal

  • 🥈 Tamamlama sertifikatı — 60-74 bal

  • 🥉 İştirak sertifikatı — 60-dan aşağı bal toplayan, lakin dərslərin ən azı 50%-də iştirak edənlərə

Bu sertifikat həm CV və LinkedIn profilinizdə bir nailiyyət kimi göstərilə bilər, həm də gələcək tender komissiyalarında və ya audit yoxlamalarında ixtisasınızın sübutu kimi tanınır.

📅 Növbəti təlim nə vaxtdır?

  • 🕐 ÜMUMİ MÜDDƏT: 15 saat

  • 📆 CARİ TARİXLƏR:

    • 26 oktyabr, 02, 16 və 23 noyabr (I - Bazar ertəsi) — 19:00-21:00

    • 28 oktyabr, 04, 11 və 18 noyabr (III - Çərşənbə) — 19:00-21:00

💰 İştirak haqqı və endirimlər

  • 💡 ERKƏN BRON: Təlimin başlamasına 10 təqvim günü qalana kimi ödəniş edənlərə 10% endirim tətbiq olunur.

  • 🛒 Onlayn ödə

  • 🏛 ƏYANİ, 💻 ONLAYN və ya 🏢 KORPORATİV iştirak haqqını və şərtlərini öyrənmək, eləcə də əlavə suallarınızı aydınlaşdırmaq üçün bizimlə 📞 WhatsApp (+994 51 518 84 49), e-poçt (info@tst.az) və digər vasitələrilə əlaqə saxlaya bilərsiniz

Proqram

DƏRS 1 — Satınalmaya giriş, strateji rol və etik çərçivə

  • Satınalma və alış-veriş arasındakı fərq; satınalma dövrü (Procurement Cycle)

  • Satınalmanın 5 doğrusu və dəyər zəncirində yeri

  • Satınalmaçının rolu, peşə etikası və davranış kodeksi

  • Maraqların toqquşmasının əsasları və sadə nəzarət mexanizmləri

  • Praktik: öz şirkətində satınalma dövrünün xəritələnməsi

DƏRS 2 — Planlaşdırma, ehtiyac və spesifikasiya

  • Satınalma strategiyasının komponentləri və illik plan (proporsional yanaşma)

  • Ehtiyacın müəyyənləşdirilməsi; maraqlı tərəflərin idarəsi (Mendelow); 5W2H

  • Büdcə və ehtimal olunan qiymətin müəyyən edilməsi

  • Spesifikasiya növləri (conformance, performance, brand); ToR və SoW

  • Over-specification problemi və "və ya ekvivalenti" prinsipi

  • Praktik: satınalma planı və spesifikasiya yazma şablonları

DƏRS 3 — Bazar analizi və təchizatçıların seqmentasiyası

  • Bazar analizi alətləri (Porter 5 qüvvə, PESTLE)

  • Kraljic Matrisi və təchizatçı seqmentasiyası

  • Strateji və rutin alışlara fərqli yanaşma; təchizatçı bazasının sadələşdirilməsi

  • Praktik: öz kateqoriyalarını Kraljic Matrisinə yerləşdirmək

DƏRS 4 — Sourcing strategiyası və satınalma metodları

  • Single / sole / dual / multiple sourcing

  • RFI, RFQ, RFP — nə vaxt hansı

  • Satınalma metodları və çərçivə sazişi anlayışı

  • Proporsional metod seçimi: nə vaxt tender, nə vaxt üç təklif, nə vaxt bir mənbə

  • Praktik: metod seçimi qərar ağacı; bir mənbə əsaslandırması şablonu

DƏRS 5 — Qiymətləndirmə və təklif analizi

  • Qiymətləndirmə meyarlarının qurulması və çəki sistemi

  • Dəyər əsaslı yanaşma (MEAT məntiqi)

  • Ümumi sahiblik dəyəri (Total Cost of Ownership)

  • Münasibət əsaslı alışdan strukturlaşdırılmış qiymətləndirməyə keçid

  • Praktik: çəkili qiymətləndirmə cədvəli; TCO hesablama nümunəsi

DƏRS 6 — Müqavilənin əsasları və risk

  • Müqavilə növləri (sabit qiymət, xərc əsaslı) və əsas bölmələr

  • Qiymətqoyma və ödəniş mexanizmləri; INCOTERMS

  • Riskin bölüşdürülməsi: kim hansı riski daşıyır

  • Hər müqavilədə olmalı bəndlər

  • Praktik: müqavilə yoxlama siyahısı; ödəniş şərtləri çərçivəsi

DƏRS 7 — Danışıq və təchizatçı ilə kommunikasiya

  • Danışığa hazırlıq: BATNA, ZOPA, reservation point

  • Distributive və integrative danışıq yanaşmaları

  • Tactical Empathy əsasları

  • Qiymət danışığının strukturu və uzunmüddətli münasibətin qorunması

  • Praktik: danışıq hazırlıq vərəqi; BATNA təyini şablonu

DƏRS 8 — Müqavilə idarəçiliyi, performans və davamlı satınalma

  • Contract management və administration fərqi

  • KPI dəsti və vendor scorecard; SRM əsasları

  • Müqavilə dəyişikliklərinin idarəsi və mübahisə əsasları

  • Davamlı satınalma (sustainable procurement) və ESG əsasları

  • Rəqəmsal satınalma və ERP inteqrasiyası

  • Praktik: KPI dəsti və scorecard şablonu; "bazar ertəsi dəyişəcəyim 1 şey" — şəxsi tətbiq planı

BU TƏLİM SƏNƏ UYĞUNDUR?

👍🏻Uyğundur

Ödəniş edərək, yerinizi indi ayırın və bu qrupa qoşulun. Qrup ölçüsü məhduddur.

✓ Yer ayırma anında həyata keçir
✓ Müqavilə email ilə göndərilir 

🫥 Tarixlər uyğun deyil

Növbəti qrup açılanda ilk siz biləcəksiniz.

✓ Pulsuzdur

✓ 1 dəqiqə vaxt aparır.

​​​💳 İmtina şərtləri
  • Erkən imtina: Təlimin başlamasına 15 təqvim günü və ya daha çox qalmış imtina edilirsə ödədiyiniz məbləğin 100%-i geri qaytarılır.

  • İmtina: Təlimin başlamasına 15-5 təqvim günü qalmış imtina edilirsə ödədiyiniz məbləğin 75%-i geri qaytarılır (qalan 25%-i yer tutulması, materialların hazırlanması və təlimçinin cədvəlinin bağlanması üçün rezervasiya haqqı olaraq tutulur).

  • Gec imtina: Təlimin başlamasına 5 təqvim günündən az qalmış və ya təlim başladıqdan sonra imtina edilirsə ödəniş geri qaytarılmır. Lakin tam məbləğ növbəti təliminizə kredit kimi qalır — 1 il ərzində istifadə edə bilərsiniz.

    • Əgər ilk 2 dərsdə təlimin keyfiyyəti ilə bağlı əsaslandırılmış yazılı iradınız olarsa, yalnız keçirilmiş 2 dərsin dəyərini ödəyib müqaviləni dayandıra bilərsiniz.

  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page