Satınalmalarda formallıq vs səmərəlilik: cüzi səhvə görə qənaətdən imtina edilməlidirmi?!

Dövlət satınalmalarında 1 manatlıq və ya 1 günlük xətaya görə diskalifikasiya: Hüquqi tənzimləmə və iqtisadi səmərə harada kəsişir? Dövlət büdcə vəsaitlərinin xərclənməsində ən çox rast gəlinən mübahisə mövzularından biri cüzi bir sənəd çatışmazlığı və ya formal xətası ucbatından ən sərfəli təklifin rədd edilməsidir. Gəlin bu mövzuya beynəlxalq təcrübə, Avropa İttifaqı Ədalət Məhkəməsinin (CJEU) presedentləri, UNCITRAL normaları və milli qanunvericiliyimiz çərçivəsində işıq salaq.
1️⃣ Sənəd bərpasında qızıl qayda: Təklifin mahiyyəti dəyişə bilməz! 🚫
Satınalmada çatışmayan sənədlərin tamamlanması universal bir prinsipdir. Həm Azərbaycan qanunvericiliyi (Maddə 23.11), həm də beynəlxalq normalar (məsələn, Aİ Direktivi) satınalma komissiyasına sənədlərdəki qeyri-dəqiqliklərin aradan qaldırılmasını tələb etmək hüququ verir.
Lakin burada qırmızı xətt var:
Nəyə icazə verilir? Təkliflərin təqdim olunması tarixinədək mövcud olan, lakin istinad edildiyi halda təqdim edilməsi unudulan və ya natamam olan sənədlərin (məsələn, imzalanmamış formal formalar, maliyyə hesabatları) bərpası məqbul hesab edilir. Belə ki, Aİ Ədalət Məhkəməsinin məşhur "Manova" C-336/12 qərarında bildirilir ki, bərabər münasibət prinsipi, satınalan orqanın namizədlərdən çatışmayan məlumatları və ya sənədləri son tarixdən sonra təqdim etmələrini istəməsinə mane olmur, bu şərtlə ki, bu məlumatlar (məsələn, maliyyə məlumatları) son tarixdən əvvəl mövcud olsun və onları tələb etmək ədalətsiz üstünlük yaratmasın. Lakin, tender sənədlərində təqdim olunmayan sənədə görə təklifdən imtina ediləcəyi açıq şəkildə göstərildiyi təqdirdə bu çeviklik tətbiq olunmur.
Nəyə icazə verilmir? Təklif təqdim edildiyi anda mövcud olmayan resursların və ya yeni bir təcrübə müqaviləsinin sonradan satınalmaya daxil edilməsinə yol verilmir. Polyak təchizatçı "Konsultant Komputer" işində CJEU qəti şəkildə bildirdi ki, tender açıldıqdan sonra tamamilə yeni təcrübə sənədi gətirmək yeni tender təklifi vermək deməkdir və bu, bərabər rəftar prinsipini pozur.
2️⃣ Təklif təminatı (Bid Security) niyə güzəştsiz zonadır? 🛡️
Təminat məbləğinin 1-2 manat əskik olması və ya müddətinin 1 gün qısa olması beynəlxalq təcrübədə dərhal mühüm uyğunsuzluq (material deviation) hesab olunur.
Səbəb: Əgər təchizatçıya digər rəqiblərin qiymətlərini gördükdən sonra təminatını "düzəltmək" imkanı verilsə, o, layihənin sərfəli olmadığını düşünüb düzəliş etməkdən imtina edə bilər. Beləliklə, heç bir cərimə (təminatın batması) ödəmədən prosesdən asanlıqla çıxa bilər. Bu isə sənədini düzgün hazırlayan digər dürüst rəqiblərə qarşı qeyri-bərabər üstünlük yaradır.
3️⃣ Bəs çıxış yolu nədir? Mütərəqqi beynəlxalq alternativlər 💡
Kiçik formal fərqlərin böyük büdcə itkilərinə yol açmasının qarşısını almaq üçün Dünya Bankı və ADB kimi qurumlar iki mühüm aləti tövsiyə edir:
Təkliflərin Təminat Bəyannaməsi (Bid-Securing Declaration): Maliyyə təminatı (bank qarantiyası) tələb etmək əvəzinə, təchizatçıdan öhdəlik bəyannaməsi alınır. Bu, bank komissiyaları və texniki sənədləşmə xətaları ucbatından yaranan kənarlaşmaları tamamilə aradan qaldırır. Qeyd edim ki, bu təklif mövcud dövlət satınalmaları qanunvericiliyinə dair verdiyim təkliflərdə də əks olunub.
Mütənasiblik Testi (Proportionality Test): Satınalan təşkilatlar hər bir tələbi qoyarkən rəqabəti boğmamaq və "Value for Money" (vəsaitin dəyəri) prinsipini qorumaq üçün mütənasibliyi əsas götürməlidir.
Bəs Azərbaycanda praktika necədir?
Azərbaycan praktikasında elektron satınalmalara keçid ilə təklifin təminatı ilə bağlı qeyd olunan problem əhəmiyyətli dərəcədə azalsa da problemin birdəfəlik həlli üçün qeyd olunan alternativlərin tətbiqi də düşünülməlidir.
Onu da bildirim ki, hal-hazırda dövlət satınalmalarında əskik sənədlərin müəyyən edilməsi üçün satınalan təşkilatların ən yayğın tətbiq etdiyi yanaşma sənədləri nəzarət orqanına göndərib nəzarət orqanının əməkdaşlarına yoxlatmağa çalışılır. Bu istiqamətdə arzuolunmaz hallar arasında isə ucuz təklifdən mahiyyətə təsir edib-etməməsindən asılı olmayaraq bütün sənədlərin tələb edilməsidir. Bu isə təkliflərin hazırlanmasına ciddi əmək sərf etmiş təchizatçı ilə sadəcə qiymət yazmış təchizatçının əməyini, eləcə də dövlət satınalmaları prinsip və prosedurlarının heçə saymaq hesab olunur. Belə davam edildiyi təqdirdə prosesə ciddi vaxt sərf edib keyfiyyətli təklif hazırlayan təchizatçıların ya satınalmalara marağı azalacaq, ya da onlar da təklif hazırlamağa daha az vaxt sərf edərək təklifin keyfiyyətini azaldacaqlar. Nəticədə satınalan təşkilatlar keyfiyyətsiz təkliflər arasında seçim etməyə məcbur qalacaq. Bu halda yüksək bilik və bacarıqlara malik peşəkarlara da ehtiyac ciddi şəkildə azalacaq, azalır da...
📌 Nəticə olaraq: Dövlət satınalmalarında uğurun formulu "Formallıq" ilə "Səmərəlilik" prinsipləri arasında düzgün balansı tapmaqdır. Qanunvericiliyin hərfinə riayət etmək vacibdir, lakin satınalmanın təməl fəlsəfəsini – rəqabəti və ictimai vəsaitlərin qənaətlə istifadəsini unutmamalıyıq.
Siz necə düşünürsünüz, təcrübənizdə bu cür "xırda formal səhvlərə" görə rədd edilən böyük layihələrlə qarşılaşmısınızmı? Şərhlərdə müzakirə edək!




Satınalmalarda formallık ile səmərəlilik arasındaki bu denge gerçekten çok kritik bir konu. Özellikle teklif teminatındaki 'cüzi' hataların dahi diskalifikasyona yol açması, en uygun tekliflerin kaçırılmasına neden olabiliyor. Makalede bahsedilen 'Təkliflərin Təminat Bəyannaməsi' gibi modern yaklaşımların hızla hayata geçirilmesi, hem bürokrasiyi azaltacak hem de kamu kaynaklarının daha verimli kullanılmasını sağlayacaktır. Bu durum, bazen town of salem gibi oyunlardaki karmaşık kuralların yarattığı kafa karışıklığına benziyor, değil mi?
Məqalədə vurğulanan tender təminatının niyə güzəştsiz zona olması məsələsi çox aktualdır. Düzgün hazırlanmış sənədlərin digər rəqiblərlə qeyri-bərabər şəraitdə mübarizə aparmaması üçün ciddi yanaşma tələb olunsa da, bu qədər ciddi nəticələrin sadəcə formal səhvlərə görə ortaya çıxması, həqiqətən də, bəzən məntiqə zidd görünür. Təklif təminatı bəyannaməsi kimi alternativlər, qaydaların praktik problemlərlə necə bağlı olduğunu ("chained together") göstərərək, daha səmərəli bir çıxış yolu təqdim edir. Bəs bu cür təminatlarla bağlı real dövlət büdcəsinə dəyən zərərlər statistikası mövcuddurmu?