top of page

Dövlət satınalmalarının təkamülü
"Keçmişin təcrübəsi, bu günün reallığı və gələcəyin strategiyası"

Bu seminar sadəcə "Dövlət satınalmaları haqqında" Qanunun mövcud normalarının izahı deyil, sistemin daxili mexanizmlərinə və gələcəyinə fokuslanan strateji bir "Masterclass" sessiyasıdır. Proqram çərçivəsində 40-dan çox dövlət və özəl qurumun satınalma təklifləri üzərində aparılmış mürəkkəb analizlər, ən yaxşı beynəlxalq praktikalar əsasında hazırladığım yeni qanunvericilik layihəsi və 2025-ci ilin KOICA (Koreya) və ERA (Avropa) səfərlərindən əldə edilmiş qlobal insaytlar təqdim olunur. İştirakçılar qanunvericilikdəki boşluqları və gözlənilən yenilikləri real keyslər üzərindən təhlil edərək, strateji qərarvermə bacarıqlarını interaktiv sual-cavab formatında, tam günlük intensiv proqramla mənimsəyəcəklər.

Məqsədi

Kimlər üçündür

  • Qlobal satınalma trendlərini (Koreya və Avropa modeli) yerli bazara tətbiq etmək istəyən vizyoner rəhbərlər.

  • Dövlət satınalmalarının idarə olunması üzrə rəhbərlər, strateji qərarverici rola malik şəxslər

  • Dövlət satınalmalarının təşkili üzrə təcrübəli satınalma mütəxəssislər

Tədbirin məqsədi

  • Gündəlik qarşılaşılan problemlərin praktiki həlli yollarının öyrənilməsi.

  • 40+ təşkilatın təcrübəsi və beynəlxalq səfər insaytları əsasında satınalma proseslərini "0"-dan yenidən qurmaq bacarığının aşılanması.

  • Təqdimatçılar və iştirakçılar arasında aktiv təcrübə mübadiləsi və şəbəkələşmə.

Tələblər

Məzmun (nələr danışılacaq?)

1. 40+ Təşkilatın Təklifləri: Bazarın Real "Ağrıları"

  • 40-dan çox dövlət və özəl qurumun satınalma proseslərində qarşılaşdığı sistemli problemlərin analizi.

  • Təşkilatların təkliflərindəki ən çox təkrarlanan 5 kritik səhv və onların həlli yolları.

  • "Rəqəmsal Dövlət Maliyyəsi" sisteminin 2026 stress testi: Operativ çeviklik və bürokratik sədlər arasındakı balans

2. Gələcəyin Qanunvericiliyi: Şəxsi Dəyişiklik Layihəm

  • Beynəlxalq "Best Practice" əsasında hazırlanmış qanun layihəsinin təqdimatı.

  • Hazırkı qanunvericilikdəki boşluqların bu layihə ilə necə qapadılması və bunun satınalan mütəxəssisin işini necə asanlaşdıracağı.

  • Məlumat analitikasına əsaslanan "Bazar İntellekti" (Market Intelligence) və ehtimal olunan qiymətin düzgün hesablanması.

  • "Çərçivə Sazişləri" (Framework Agreements) vasitəsilə operativ satınalma böhranının həlli yolları.

3. Qlobal Baxış: Koreya və Avropa Təcrübəsinin İnteqrasiyası

  • Koreya (KOICA): Rəqəmsal satınalmanın (e-procurement) zirvəsi və Azərbaycanda tətbiqi mümkün olan innovasiyalar.

  • Avropa (ERA): Avropa satınalma hüququnun prinsipləri, şəffaflıq və mürəkkəb mübahisələrin hüquqi həlli yolları.

ℹ️ Seminarda müzakirə ediləcək suallar barədə daha ətraflı "Dövlət satınalmalarında "ideal model" axtarışı: mövcud reallıqlar və yeni çağırışlar" başlıqlı bloq yazısında oxuya bilərsiniz

⚠️ Bu seminar yalnız dövlət orqanları, publik hüquqi şəxslər, nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatlarında satınalma sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub, təchizatçı şirkətlərdə çalışan şəxslər bənzər mövzuların onlara uyğunlaşdırılmış formada təqdim edildiyi "Tenderlərdə qalibiyyət strategiyası" seminarında iştirak edə bilər.

Tədbir barədə

Tədbirin tarixi: ​28 fevral

Tədbirin keçiriləcəyi yer: iBis Baku City Hotel

İştirakçı sayı: 24 nəfər

Sertifikat: Tədbirin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək.

Proqram:

  • 09:30 - Qeydiyyat  başlayır

  • 10:00 - Tədbir başlayır

  • 11:30  - 12:00 - Çay-kofe fasiləsi

  • 12:00 - 13:00 - Tədbirin davamı

  • 13:00 - 14:00 - Nahar fasiləsi

  • 14:00 - 15:30 - Tədbirin davamı

  • 15:30 - 16:00 - Çay-kofe fasiləsi

  • 16:00 - 17:30 - Tədbirin davamı

  • 17:30 -  Tədbirin sonu

Moderator-təqdimatçı

Qeydiyyat və ödəniş

İştirak haqqı:

  • Standart: 390 AZN

  • Endirimli: 350 AZN (20 fevrala qədər qeydiyyatdan keçib ödəniş edənlər üçün)

  • Korporativ: Müqavilə ilə ödəniş üçün əlaqə saxlayın

Qiymətə daxildir: Tədbirdə iştirak, nahar, çay-kofe fasiləsi (2).

Cavabını tapmadığınız digər suallarınız üçün: +994 51 518 84 49 (whatsapp)

  • TST_LinkedIn
  • TST_Telegram
  • TST_Instagram
  • TST_Facebook
  • Telegram
  • TST_YouTube
  • TikTok
  • TST_Mail
© 2026 TST
bottom of page