Tender təklif paketini necə hazırlamalı: təchizatçılar üçün 7 praktiki qayda

Updated: Oct 18
Qısa cavab: Güclü təklif paketi şərtlər toplusunun tam oxunması ilə başlayır. Anlaşılmayan bəndlər üçün təklif verilməmişdən əvvəl sifarişçidən aydınlaşdırma istənilir. Sonra ixtisas sənədləri, texniki təklif və qiymət təklifi şərtlər toplusundakı formaya tam uyğun hazırlanır. Paket son müddətdən xəyli əvvəl təqdim olunur və bir nüsxəsi saxlanılır. Şərtlərə əlavə qeyd-şərt yazılmamalıdır, çünki bu, təklifin rədd edilməsinə səbəb ola bilər.
Təklifin təqdimi: nüsxə və vaxt
1) Tenderə təqdim edilən təklifin nüsxəsini çıxardıb saxlamaq lazımdır (sonrakı mərhələlərdə aydınlaşdırma tələb edilsə cavablandıra bilməyiniz üçün)
2) Tender təkliflərini təklifin təqdim edilməsi üçün müəyyənləşdirilən son dəqiqə çatdırmağı fikirləşməyin, sifarişçi gecikən təkliflərdən imtina hüququ daşıyır, belə olan halda isə təklif hazırlanması üçün çəkilən xərclər və əziyyətlər gözlənilməyən hadisələrə görə boşuna gedə bilər
Şərtlər toplusu: oxumaq, aydınlaşdırmaq, qəbul etmək
3) Təklif verməzdən əvvəl bütün sənədlər mütləq oxunmalı, lazım gəldikdə sifarişçidən aydınlaşdırma tələb edilməlidir, təklif təqdim edildikdən sonra yanlış anlaşılan və ya anlaşılmayan və aydınlaşdırılmayan məqamlara görə yalnız tender iştirakçısı məsuliyyət daşıyır
4) Təklifin təqdim edilməsi tenderin əsas şərtlər toplusundan bütün şərtlərin qəbul edilməsi mənasını daşıyır, bu şərtlərin sonradan dəyişdirilməyə cəhd edilməsi tender təminatının cərimə kimi tutulması ilə nəticələnə bilər. Bu şərtlərə tenderin ümumi məzmununa zidd hər hansı bir qeyd şərt verilərsə sifarişçi həmin təklifdən imtina edə bilər.
Şərtlər toplusundakı səhvlər: fürsət kimi
5) Sifarişçi tender paketinin hazırlamaq üçün əksər hallarda ya daxili resurslarından istifadə edir ya da bu sahə üzrə mütəxəssisləri işə cəlb edir. Tender sənədlərində səhvlər və ya ümumiyyətlə nəzərə alınmamış məqamlar ola bilər. Tender iştirakçısı bu sahə üzrə ən yaxşı ekspert hesab edilir və belə səhvlərin aşkarlanması sifarişçi tərəfindən hər zaman yüksək qiymətləndirilir. Belə tender iştirakçısı tender qalibi olmasa belə müəyyən işlərin icrası və ya konsultasiyası üçün sonradan işə cəlb oluna bilər.
Qiymət danışıqları
6) Qiymət danışıqları zamanı tender iştirakçıları daima peşəkarları cəlb etməlidir bu prosesə. Sifarişçi hər zaman tender qalibi minimum işləyə biləcəyi qiymət almağa, tender qalibi isə bu minimumdan əlavə qiymət qoymağa çalışır. Sifarişçinin bu prosesdə üstünlüyü rəqabətli tender olduğu təqdirdə iştirakçılar arası rəqabətdən yararlanmaq imkanıdır. Bu proses çox həssas olduğu üçün tender iştirakçısı öz rəqiblərini yaxşı tanımalı qiymət strategiyasını düzgün seçməlidir. Həddindən çox gəlir qazanmaq istəyən iştirakçılar 1-ci mərhələdə "kəsiləcəyi" üçün növbəti mərhələdə endirim təklifi vermək imkanını əldən verə bilərlər. Optimum balansı bilmək danışıqların uğurla nəticələnməsinə gətirib çıxardır.
7) Qiymət danışıqları zamanı qarşılıqsız heç bir mübadilə olmur, sifarişçi yalnız tender iştirakçısından müəyyən endirim və ya əlverişli şərtlər qarşılığında müəyyən güzəştə gedə bilər
Tez-tez verilən suallar:
Təklif paketinə nələr daxildir? Adətən ixtisas sənədləri, texniki təklif, qiymət təklifi və tələb olunarsa təklif təminatı. Dəqiq siyahı şərtlər toplusunda göstərilir. Ətraflı: Tender üçün hansı sənədlər tələb olunur.
Təklif təqdim edildikdən sonra dəyişmək olarmı? Təkliflərin qəbulu müddəti bitənə qədər adətən mümkündür. Bu müddətdən sonra təklifin əsas şərtlərini dəyişmək olmaz.
Təklif paketini hazırlamaq üçün kimə müraciət etmək olar? Daxili resurs yoxdursa, satınalma üzrə ixtisaslaşmış məsləhətçilərə müraciət etmək olar. TST 2016-cı ildən dövlət, özəl və beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) tenderləri üçün təklif paketi hazırlayır.
Ən ucuz təklif həmişə qalib gəlirmi? Xeyr. Təklif əvvəlcə ixtisas və texniki uyğunluq baxımından yoxlanılır. Bu mərhələdən keçməyən təklif qiymətindən asılı olmayaraq kənarlaşdırılır.
Daxili link:
Təklif paketinin peşəkar hazırlanması: Xidmətlər · Tenderdə iştirak bacarıqları təlimi




Comments